Gecə şaxta olacaq

Foto illüstrasiya

Dekabrın 7-si Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi bildirilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin xəbərinə görə, yarımadada gecə 0-2 dərəcə şaxta, gündüz 4-7 dərəcə isti, Bakıda gecə 0-2 dərəcə şaxta, gündüz 4-6 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında da ciddi yağıntı gözlənilmir. Gecə 3 dərəcə şaxtadan 2 dərəcəyə kimi isti, gündüz 4-8 dərəcə isti, dağlarda gecə 5-10, gündüz 0-5 dərəcə şaxta, təxmin edilir.