Bu gün, dekabrın 6-da Rusiya Federasiyasının daxili işlər naziri Vladimir Kolokoltsev-in Azərbaycana səfəri gözlənilir.
«Report»un xəbərinə görə, səfər çərçivəsində rusiyalı nazirin Azərbaycanın dövlət və hökumət nümayəndələri, eləcə də hüquq-mühafizə orqanlarının rəhbərləri ilə görüşü planlaşdırılır.