Ukrayna Avropa Birliyinin Rusiyayla danışıqlarına qoşulmağa hazır olduğunu bildirir. Dekabrın 9-da AB Rusiyayla təbii qaz məsələsini müzakirə edəsidir.
Ukraynanın dövlət şirkəti «Neftoqaz»ın rəhbəri Andriy Kobolev Twitter hesabında yazıb ki, Rusiya rəsmiləriylə danışıqlarda «qış paketi» diqqət mərkəzində olacaq. Üstəlik, Moskva Kiyevin şərtləriylə razılaşsa, Ukraynanın yenə Rusiya qazını satın alması məsələsinə baxa bilərlər.
Münasibətləri korlandığından Ukrayna bir ildən çoxdur Rusiyadan qaz almır.
AB-nin istehlak etdiyi qazın 1/3-i Rusiyadan gəlir və həmin qazın yarısı Ukrayna ərazisindən keçir. Bu da ölkələr arasında geniş mübahisələrə, AB ilə Rusiyanın qaz məsələsini Ukraynanın iştirakıyla müzakirə etməsinə səbəb olub. Avropaya qaz axınında fasilələri minimum endirməkdən ötrü Avropa Komissiyasının vitse-prezidenti Maros Sefcovic Ukraynayla Rusiya arasında danışıqlara vasitəçilik edir.