Ermənistanla Gürcüstan və Rusiyanı birləşdirən əsas magistral yolu qar uçqununa görə bağlanıb.
Ermənistan fövqəladə hallar nazirliyinin məlumatına görə, buna görə Gürcüstanla sərhəddəki “Yuxarı Lars” keçid məntəqəsinə 550-dən çox maşın yığışıb.
Gürcüstan tərəfi gün boyu yolu təmizləsə də axşam saatlarında başlayan güclü küləyə görə iş dayandırılıb.
Ermənistan tərəfdə isə yol demək olar ki, təmizdir.