Bakıdakı zavodlardan birinə basqın olub

Foto illüstrasiya

Qaradağ Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Sahil qəsəbəsi ərazisində yerləşən zavodlardan birinə basqın olub.

Xəbərdə qeyd edilir ki, basqınçılar 4 nəfər olub. Onların zavodunun mühafizəçisi Ruslan Hacıyevi bıçaqladıqları, digər mühafizəçi Rəhim Rəhimovun başına isə küt alətlə vurduqları bildirilir. Hər iki şəxs xəstəxanaya yerləşdirilib.

Hazırda polis hadisəni törədən şəxslərin müəyyən edilərək tutulması istiqamətində axtarışları davam etdirir. Hadisənin nə zaman baş verdiyi və basqının hansı məqsədlə törədildiyi açıqlanmır.