Prezident Zərdaba gedib

Zərdab. Heydər Əliyev mərkəzi

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva dekabrın 2-də Zərdab rayonuna səfər ediblər.

Ölkə başçısının rəsmi saytı xəbər verir ki, İ.Əliyev xanımı ilə birgə keçmiş prezident Heydər Əliyevin şəhərin mərkəzi meydanındakı abidəsi önünə gül dəstəsi qoyub.

Buna da bax:​ İ.Əliyev ABŞ Ticarət Nazirliyinin nümayəndələri ilə görüşüb

İcra hakimiyyətinin başçısı prezidentə rayonda görülən işlər, həyata keçirilən layihələr barədə məlumat verib.

Ölkə başçısı daha sonra Zərdab Rayon Mərkəzi Xəstəxanasının əsaslı təmirdən sonra istifadəyə verilən yeni binası ilə tanış olub.

Buna da bax: İlham Əliyev yenə MOK prezidenti seçildi

Prezident xəstəxananın kollektivi ilə görüşüb.