Prokuror Maşallah Əhmədova 9 il həbs istədi

Maşallah Əhmədov

Veteran futbolçu Maşallah Əhmədovun işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Dekabrın 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində prokuror çıxış edərək, «Neftçi»nin keçmiş futbolçusuna 9 il həbs cəzası istəyib.

Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə təqsirləndirilən M.Əhmədov 2015-ci il dekabrın 14-də saxlanılıb və Binəqədi rayon Məhkəməsinin qərarı ilə barəsində ilkin istintaq müddəti üçün üç aylıq həbs-qətimkan tədbiri seçilib. Sonradan məhkəmə qətimkan tədbirini dəyişib və həbs ev dustaqlığı ilə əvəzlənib.

Zərərçəkmişlər futbolçunu işə düzəltmək, şərikli biznes qurmaq və s. adlarla pul alıb aldatmaqda günahlandırır.

M.Əhmədov isə ittihamları qəbul etmir, deyilənlərin yalan olduğunu bildirir.

Növbəti məhkəmə iclasında futbolçunun vəkili müdafiə nitqi ilə çıxış edəcək.