Azərbaycanda 570 mindən çox əngəlli var

Səlim Müslümov

«Hazırda Azərbaycan əhalisinin təqribən 6 faizə yaxını, yəni 570 mindən çox şəxs əlildir».

APA-nın xəbərinə görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

Nazirin bildirməsinə görə, hazırda onlardan 31 mindən çoxu əlilliyə görə əmək pensiyası almaqla yanaşı, həm də əmək bazarında öz fəaliyyətini davam etdirir

«Bundan da çox əlilliyi olan şəxs öz biznesini qurub, öz biznes ideyalarını reallaşdırıb»,-deyə nazir qeyd edib.