Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu-nun bu gün, dekabrın 2-si Azərbaycana gəlişi gözlənir.
Türkiyənin Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, səfər bu axşam başlayacaq.
Dekabrın 3-də isə onun xarici işlər naziri Elmar Məmmədyarovla görüşü olmalıdır. Görüşün sonunda nazirlər mətbuat konfransı keçirməlidirlər.