Avropa Birliyinin polis agentliyi üzv ölkələrə xəbərdarlıq edib. Polisin məlumatına görə, «İslam Dövləti» (İŞİD) İraq və Suriyada fəaliyyət göstərən koalisiya ölkələrinə hücum edə bilər.
Dekabrın 2-də yaydığı hesabatda polis Avropada terror hücumları törətməyə qadir onlarla adamın olduğunu deyir. Son iki ildə baş-verənlərin—Fransa və Belçikada terror aktlarının ekstremistlərin birgə əməliyyatlar həyata keçirmək qabiliyyətini təsdiqlədiyini bildirir, avtomobillərin partladılması təcrübəsinin Avropada təkrarlanacağından ehtiyatlanmağa çağırır.