Yaşayış minimumu 19 manat artırılır

Manat

2017-ci il üçün yaşayış minimumu 14 faiz və ya 19 manat artırılır.

APA-nın xəbərinə görə, bunu Milli Məclisin Əmək və sosial siyasət, Səhiyyə, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil, Mədəniyyət komitələrinin birgə iclasında 2017-ci il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.

«2017-ci il üçün yaşayış minimumu haqqında» qanun layihəsində Azərbaycanda gələn ildən yaşayış minimumunun 155 manat olması təklif edilir.

Layihədə yaşayış minimumu əməkqabiliyyətli əhali üçün 12.7 faiz və yaxud 18.5 manat artırılaraq 164.5 manata, pensiyaçılar üçün 13.2və yaxud 15.2 manat artırılaraq 130.2 manata, uşaqlar üçün isə 16.8 faiz və yaxud 19.6 manat artırılaraq 136.6 manata çatdırılıb.

Bu il üçün yaşayış minimumu 136 manat təşkil edir.

Hələ manatın devalvasiyasından qabaq ekspertlər minimum yaşayış xərclərinin reallıqla ayaqlaşmadığı qənaətində idi.