Prezident:"İstefa verməyə hazıram"

Park Geun-hye

Cənubi Koreya prezidenti Pak Kın He (Park Geun-hye) ​parlamenti onun taleyini həll etməyə çağırıb və istefa verməyə hazır olduğunu bəyan edib.

Bu barədə yerli “Yonhal” agentliyi məlumat yayıb.

Amma prezident qeyd edib ki, onun istefası ölkədə hərc-mərclik və qarşıqlığa səbəb olmamalıdır.

“Uctimai peşimançılıq və xalqın qəzəbini yumşalda bilmədiyimə görə ürəyim ağrayır”, deyə o bildirib.

Prezidentin bir sıra tərəfdarları 1 gün əvvəl ona gələn ilin aprelinədək könüllü istefa verməyi və impicment məsələsini gözləməməyi təklif ediblər.

Artıq müxalifət dekabrın 2-də parlamentdə impicment məsələsini qaldırmaq fikrindədir.

1 aydan çoxdur ki, ölkədə prezidentin istefası tələbi ilə kütləvi aksiyalar keçirilir.

Müxalifət prezidenti, hədəylə iri şirkətlərdən pul qoparan yaxın rəfiqəsinin hərəkətlərinə göz yummaqda ittiham edir.