«Dəmiryolunda da qiymətlər qalxacaq».
«Report»un xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında «Azərbaycan Dəmiryolları» Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri, deputat Cavid Qurbanov deyib.
C.Qurbanov qeyd edib ki, QSC hər ay işığa görə 1 milyon 300 min manat pul ödəyir.
O, vurğulayıb ki, elektrik enerjisinin qiyməti qalxıbsa, dəmiryolunda da qiymət artımı olacaq.
Tarif Şurasının qərarı ilə noyabrın 28-də təbii qazın, elektrikin, soba yanacağının, reaktiv mühərrik yanacağının və bəzi dərmanların qiymətləri qaldırılıb.