Futbolçuları daşıyan təyyarə qəzaya düşdü

«Chapecoense» klubunun emblemi

Braziliya futbol komandasını aparan təyyarə qəzaya uğrayıb. Göyərtəsində 80-dən çox adam olan təyyarə noyabrın 28-də Kolumbiyada yerə düşüb. Kolumbiya rəsmilərinin verdiyi məlumata görə, qəzadan cəmi 6 nəfərin sağ çıxdığı məlumdur.

Braziliyanın «Chapecoense» futbol komandasının üzvləri həmin təyyarə ilə Cənubi Amerika Futbol Kuboku uğrunda oyuna yollanıbmış.

Qəzanın səbəbi məlum deyil. Yerli mətbuat qəza zamanı güclü yağış yağdığını, şimşək çaxdığını yazır.