Dollar 1.80-ə yaxınlaşır

Dollar

Rəsmi məzənnə qalxdıqca, kommersiya banklarının da dolların alış və satış qiymətlərini qaldırdıqları bildirilir.

«Marja» xəbər verir ki, artıq banklarda dolların satış qiyməti 1.80 manata yaxınlaşır.

Xəbərdə qeyd edilir ki, noyabrın 29-u səhər 1 dolları «Amrahbank», «Kapital Bank», «Expressbank», «UniBank», «AFB Bank», «Bank VTB» (Azərbaycan) və daha bir neçə bank 1.7935 manata satır.

Həmin bankların dolları bundan bir qədər ucuz aldıqları qeyd edilir.

Noyabrın 29-da rəsmi məzənnəyə görə, bir ABŞ dolları 1.7246-ya bərbərdir.