Nihad Qulamzadə
Mənə ətrinin adını yaz
Mənə ətrinin adını yaz
Heç yerdə tapmayım
Tək səndə olsun
Heç kim qoxlamasın
Özümdən başqa
Mənə ətrinin adını yaz
Duymasın heç bir ətriyyatçı
Bilməsin nədən, hardan
Gəlir...
Bu sevgi iyi
Mənə ətrinin adını yaz
Başımı fırladıb,
Kənara atsın
Getməsin qoxusu burnumdan
Hər nəfəsdə
Səni xatırlatsın
Mənə ətrinin adını yaz
Ovucuma dağıdım
Ovcum sən olsun
Ovcuma sarılım sənin yerinə...
Mənə ətrinin adını yaz
Sarışın qadın.
Saçlarına dağıdım
Saçların mənim olsun
Mənə ətrinin adını yaz
Ətirsiz mənə
Biraz damladım
Mənə ətrinin adını yaz
Sevgi ilə alınan
Mənə məxsus
Sənin olan
Mənə ətrinin adını yaz
Mən olan qadın
Ətrin qoynumun
Qoynum sənin olsun...