Azərbaycan və Belarus prezidentləri görüşüb

Əliyev və Lukaşenko.

Noyabrın 28-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan prezidenti İlham Əliyevin Belarus dövlət başçısı Aleksandr Lukashenko ilə təkbətək görüşü olub.

Görüş haqda, hələlik, geniş bilgi verilmir.

Buna da bax:​ ‘Lukashenko-nun əli aşağıdır’

Yaxın dəqiqələrdə prezidentlərin geniş tərkibli də görüşü gözlənilir.

Belarus dövlət başçısı Aleksandr Lukashenko noyabrın 28-də Azərbaycana gəlib. İki gün davam edəcək səfərdə onun baş nazir Artur Rasizadə ilə də görüşü gözlənilir. Görüşlərdə iki ölkə arasında əməkdaşlıq məsələlərinin müzakirə ediləcəyi bildirilir.