F.Castro-nın külü bütün ölkəni gəzəndən sonra basdırılacaq

Sizin brauzer HTML5-i dəstəkləmir

Fidel Castro ölüb

Kuba lideri Fidel Castro ilə vida mərasimi bu gün—noyabrın 28-də başlayır, dekabrın 4-nə qədər davam edəcək.

90 yaşlı liderin ölümü şənbə günü açıqlanıb və ölkədə 9-günlük matəm elan olunub, bayraqlar endirilib, konsert proqramları təxirə salınıb. Paytaxtın İnqilab meydanında F.Castro-nun nəhəng portreti asılıb.

Bazar günü rəsmi tədbir keçirilməsə də, tələbələr F.Castro-nun Havana Universitetindəki portreti önünə gül dəstələri, şamlar düzüblər. 

F.Casto-nun meyiti yandırılıb, külü yığılan qutu bütün ölkəni gəzdiriləndən sonra, dekabrın 4-də cənubda, Santyaqo şəhərində basdırılacaq. 

F.Castro Kubanı 1959-cu ildən, kommunist inqilabının qələbəsindən bu yana idarə edib, onun hakimiyyəti, az qala, yarım əsr çəkib.