Noyabrın 26-sı Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi bildirilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin xəbərinə görə, Abşeronda gecə 1-3, gündüz 5-8, Bakıda gecə 1-3, gündüz 5-7 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında da ciddi yağıntı gözlənilmir. Gecə 3 dərəcə şaxtadan 2 dərəcəyə kimi isti, gündüz 4-9 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyə kimi isti təxmin edilir.