Putin-ə görə söz davasına çıxdılar

Alain Juppe və Francois Fillon

Fransada prezidentliyə namizədlər Francois Fillon və Alain Juppe Rusiyaya görə mübahisə ediblər. Dünən-noyabrın 24-də keçirilən debatda namizədlərdən A.Juppe rəqibini Kremllə sövdələşməkdə günahlandırıb. O, Rusiya prezidenti Vladimir Putin-in F.Fillon haqda xoş sözlər söylədiyini xatırladıb, Fransada ilk dəfədir ki, prezidenti Rusiyanın dövlət başçısının seçdiyini deyib.

F.Fillon-u qınaq obyektinə çevirən onun Rusiyayla bağlı fikirləridir. O, Moskvayla strateji əməkdaşlığın, AB-nin Rusiyaya sanksiyalarının ləğvinin tərəfdarıdır. Birlik Rusiyaya Ukraynaya müdaxilədən sonra sanksiyalar qoyub.

Debatda A.Juppe-ə cavabında F.Fillon deyib ki, Rusiya onunla son 5 ilki rəftara görə təhlükəli ölkəyə çevrilib. «Biz Birləşmiş Ştatlarla müttəfiqik, çünki onunla ortaq fundamental prinsiplərimiz var, amma Rusiyayla bu prinsiplər yoxdur», - F.Fillon belə söyləyib. O bildirib ki, Fransanın indiki prezidenti Francois Holland Rusiyayla bağlı mövqeyi Moskvanın təcridinə səbəb olub.

İlkin rəqəmlər keçmiş baş nazir F.Fillon-un prezidentliyə daha şanslı olduğunu göstərir.