Dollar hərracda 1.72 manata yaxınlaşdı

Dollar

Azərbaycan Mərkəzi Bankında (AMB) noyabrın 24-ü Dövlət Neft Fondunun da iştirak etdiyi növbəti ikitərəfli valyuta hərracı keçirilib. AMB-dən verilən məlumata görə, hərrac 1 ABŞ dolları üzrə 1.7146 məzənnəsi ilə başlayıb və 1.7196 ilə yekunlaşıb.

AMB son vaxtlar dolların növbəti günə məzənnəsini hərracın nəticəsindən yuxarı təyin edir.

Oktyabrın 5-dən AMB manatın məzənnəsini yeni yolla müəyyənləşdirməyə başlayıb. Bundan ötrü yeni hərrac mexanizmi də yaradılıb. Yeni mexanizm bazar iştirakçılarına hər iki istiqamətdə (valyuta alışı və ya satışı) sifarişlə çıxış etmək imkanını verir.

Sentyabrın əvvəllərindən manat dollara nisbətən möhkəmlənirdi. Oktyabrın 10-dan dollar manata nisbətən yenidən dəyər qazanmaqdadır.

2006-ci il yanvarın 1-də manatın denominasiyasından sonra heç vaxt ABŞ dolları Azərbaycanda bu həddə yüksəlməyib. Onda 1 yeni manat 5000 köhnə manata bərabər götürülmüşdü.