'Səsvermənin heç bir əhəmiyyəti yoxdur'-Erdoğan

R.T.Erdoğan

Türkiyə prezidenti Recep Tayyip Erdoğan Avropa Birliyini yenə tənqid edib. Avropa Parlamenti Türkiyənin AB-yə üzvlüyü ilə bağlı danışıqların dayandırılmasını səsə qoymağa hazırlaşır.

Noyabrın 23-də İslam Əməkdaşlıq Təşkilatının konfransında çıxış edərkən R.T.Erdoğan bu məsələyə toxunub, nəticədən asılı olmayaraq, səsvermənin onlar üçün əhəmiyyətsiz olduğunu söyləyib. R.T.Erdoğan deyib ki, AB üzvlüklə bağlı Türkiyəyə verdiyi vədlərin heç birinə əməl etməyib: «Halbuki Türkiyə Avropa dəyərlərinə bəzi Avropa ölkələrindən daha sadiq olduğunu dəfələrlə nümayiş etdirib».

Avropa Parlamentinin bəzi üzvləri Ankarayla danışıqların dayandırılmasını təklif edib. Səbəb R.T.Erdoğan hökumətinin siyasi rəqiblərinə qarşı təmizləmə əməliyyatlarıdır.