“Lufthansa” hava şirkəti yüzlərlə reysi təxirə saldı

Foto arxiv

Almaniyanın “Lufthansa” hava şirkəti pilotların tətilinə görə yüzlərlə reysi təxirə salmalı olub.

“Lufthansa” nın sərnişindaşıma “Eurowings” şirkəti noyabrın 23-də ikigünlük tətilə başlayıb.

Buna səbəb həmkarlar ittifaqlarının liderlərilə “Lufthansa” rəhbərliyi arasında aparılan növbəti danışıqlarda tərəflərin yenə razılığa gələ bilməməsi olub.

Söhbət maaşların qaldırılmasından gedir.

Nəticədə 3 min reysdən 876-sı çərşənbə günü təxirə salınıb.

AzadlıqRadiosu “Azərbaycan hava yolları” (AZAL) şirkətindən tətilin Bakı reyslərinə təsir göstərib-göstərməməsinə aydınlıq gətirməyə çalışsa da bu sualla “Lufthansa” ya müraciət ertmək məsləhət görülüb.

Bu son 2 il ərzində “Lufthansa” şirkətində keçirilən 14-cü tətildir.