Bakıda gecə şaxta gözlənilir

Yağış

Noyabrın 23-ü Bakı və Abşeron yarımadasında yağış gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin xəbərinə görə, yarımadada gecə 0-3 dərəcə şaxta, gündüz 1-4 dərəcə isti, Bakıda gecə 0-2 dərəcə şaxta, gündüz 1-3 dərəcə isti olacaq.

Ölkənin rayonlarında da yağıntı olacağı bildirilir. Xüsusilə də şimal və şərq rayonlarında arabir qar yağacağı ehtimal edilir. Gecə 0-5 dərəcə şaxta, gündüz 1-5 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta təxmin edilir.