'Azəravtoyol' qışa hazır olduğunu deyir

Bakıda qar-2012

«Azərbaycan payız-qış mövsümünə hazırdır. Qış mövsümündə yolların qardan təmizlənməsindən ötrü kifayət qədər yol texnikası, maşın və mexanizm hazır vəziyyətə gətirilib».

«Azəravtoyol» Açıq Səhmdar Cəmiyyətinin məlumatında belə deyilir.

Məlumatda bildirilir ki, Bakıda 357, ümumilikdə respublikada 669 yol texnikası, maşın və mexanizm saz vəziyyətə gətirilib.

Məlumatda 2 min ton texniki duzun alındığı, daha 2 min ton duzun da alınacağı bildirilir.

Ekspertlərin fikrincə, Azərbaycanda, bir qayda olaraq, ilk qardan sonra istər Bakıda, istərsə də əyalətlərdə ciddi fəsadlar üzə çıxır. Yolların qardan təmizlənməsi və başqa zəruri tədbirlərdə kifayət qədər texnika iştirak etmir.

Sinoptiklərin xəbərdarlığına görə, noyabrın 22-si Bakıda sulu qar, bəzi rayonlarda isə qar gözlənir.