Gənclərin özləri olmadan məhkəməsi olub

Gənc fəallar Qiyas İbrahimov və Bayram Məmmədov

Noyabrın 21-də həbsdəki gənc fəallar Qiyas İbrahimovBayram Məmmədovun mayın 10-da qanunsuz saxlanmaları və müdafiə hüquqlarının təmin edilməməsindən verilən şikayətlərə baxılıb.

Q.İbrahimovu Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşı Pərviz Məmmədovun saxlamasından məhkəmə nəzarəti qaydasında verilmiş şikayətə Xətai Rayon Məhkəməsi baxıb. Şikayətdə qeyd olunur ki, gənc fəal saxlanarkən müdafiəçisi olmayıb, bununla bağlı protokollara imza da atılmayıb. Bu isə gəncin müdafiə hüququnu pozur.

Buna da bax:​ Qiyas İbrahimovun anası: 'Bu, çox utancvericidir'

Qapalı keçirilən və Q.İbrahimovun gətirilmədiyi məhkəmə toplantısı zamanı hakim İbrahim İbrahimli şikayəti rədd edib.

Digər gənc fəal Bayram Məmmədovun şikayətinə isə Xətai Rayon Məhkəməsinin hakimi Bəxtiyar Məmmədov baxıb.

Həmin məhkəmə də qapalı olub. Şikayətçinin iştirakının təmin edilməsi ilə bağlı vəkil Elçin Sadıqovun vəsatətləri təmin edilməyib.

Buna da bax: Tbilisidə gənclərə dəstək aksiyası

Məhkəmə B.Məmmədovu Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşı Şirəli Babayevin qanuni şəkildə saxladığı qərarına gələrək şikayəti rədd edib.

Gənclərin vəkilləri qərarların qanunsuz olduğunu, yuxarı məhkəmə orqanlarına şikayət edəcəklərini bildiriblər.

Qiyas İbrahimov və Bayram Məmmədovla birgə mayın 10-da saxlanıb. Onlara Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitələri saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə ittiham irəli sürülüb.

Hər iki gənc ittihamla razılaşmır və işgəncə altında ifadə verməyə məcbur edildiklərini bildirirlər.

Buna da bax:​ Bayram: «Məqsədim «böyük qardaş»ı qəzəbləndirmək idi»

Daxili İşlər Nazirliyi və Ombudsman Aparatı gənclərə işgəncə verilməsini təkzib edib.

Onların məhkəməsi ayrı-ayrılıqda keçirilir. Oktyabrın 25-də Bakı Ağır Cinayətlər Məhkəməsi Q. İbrahimova 10 il həbs cəzası verib. O, məhkəmədə məhz Heydər Əliyevin abidəsinə şüar yazdığına görə, həbs edildiyini bildirib.

Bayram Məmmədovun məhkəməsi isə davam edir. O isə çıxışında Azərbaycanda məhkəmələri tamaşa, prezident İlham Əliyevi də rejissor adlandırıb.

Buna da bax:

Sizin brauzer HTML5-i dəstəkləmir

"Heykələ şüar yazmaq həyatımın ən böyük uğurudur"