Vergi idarəsinin sədr müavini intihar edib

Vladimir Nosenkov

Rusiya Federal vergi idarəsinin sədr müavini Vladimir Nosenkov Moskva ətrafındakı evində intihar edib.

Bu barədə TASS agentliyi hüquq-mühavizə orqanlarına istinadla xəbər verir.

Mənbənin məlumatına görə, o, özünü ötən şənbə Bolşevo mikrorayonundakı şəxsi evində öldürüb.

Bu məlumat hələ ki, rəsmilər tərəfindən təsdiqlənməyib.

Vladimir Nosenkov 1959-cu il iyulun 16-də anadan olub.

O, bu vəzifəyə 2010-cu ilin iyulunda təyin edilmişdi.