Faiq Əmirlinin işi Avropa məhkəməsində

Faiq Əmirli

Bakı Apelyasiya Məhkəməsi noyabrın 21-i Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin köməkçisi, “Azadlıq” qəzetinin maliyyə direktoru Faiq Əmirlinin şikayətini təmin etməyib.

Noyabrın 11-də Nəsimi Rayon Məhkəməsi prokurorluğun təqdimatı ilə Faiq Əmirovun həbs müddətini 2017-ci il yanvarın 12-dək uzadıb. F.Əmirovun vəkilləri həmin qərardan şikayət vermişdi.

Buna da bax:​ Faiq Əmirlinin də həbs müddəti uzadıldı

Hakim Əflatun Qasımovun sədrlik etdiyi məhkəmə heyəti rayon məhkəməsinin qərarını əsaslı sayıb, şikayəti rədd edib.

Vəkil Fəxrəddin Mehdiyev bildirib ki, Bakı Apelyasiya Məhkəməsinin qərarı əsassızdır.

“İttihamın əsassız olduğunu, heç bir istintaq hərəkətinin aparılmadığını, eləcə də Faiq Əmirlinin səhhətində ciddi problemlərin olduğunu məhkəmənin diqqətinə çatdırdım və onun barəsindəki həbs-qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatət qaldırdım. Hakim prokuror Səttar Rzayevin “şikayət təmin edilməsin” fikrini üstün tutaraq, Faiq Əmirlinin həbsdə qalması barədə qərar verdi”, deyə vəkil qeyd edib.

Buna da bax:​ Vəkil: 'Faiq Əmirli həbsdə 20 kiloqram çəki itirib'

Vəkil məhkəmənin qərarından Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət ediləcəyini bildirib. “Artıq Faiq Əmirovun həbsi ilə Avropa İnsan Hüquqları Konvensiyasının 5-ci maddəsinin (Azadlıq və toxunulmazlıq hüququ) pozulması barədə şikayətimizi bir həftə öncə Avropa İnsan Hüquqları Məhkəməsi icraata götürüb”, deyə vəkil bildirib.

Faiq Əmirov bu il avqustun 20-də saxlanıb. Avqustun 22-də Nəsimi rayon Məhkəməsi onun barəsində həbs-qətimkan tədbiri seçib.

F.Əmirov Cinayət Məcəlləsinin 168.1-ci (Dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) və 283.2.2-ci (Milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham edilir. İstintaq orqanı onu hazırda ABŞ-da yaşayan Fetullah Gülənin tərəfdarlarının "Hizmet" Hərəkatının imamı kimi təqdim edir.

Buna da bax: Faiq Əmirli maşınından çıxan kitabların ona aid olmadığını deyir [Video]

Faiq Əmirli ittihamı qəbul etmir və siyasi sifariş sayır.

AXCP-nin bəyanatında deyilir ki, hakimiyyət bununla özünün Türkiyədə 15 iyul çevriliş cəhdini himayə etməkdə günahlandırılan Fethullah Gülənlə əlaqələrini gizlətməyə və rəqiblərini sıradan çıxarmağa çalışır.

Buna da bax:

Sizin brauzer HTML5-i dəstəkləmir

Faiq Əmirli ev dustaqlığına buraxılmadı