Neft istehsalçılarının hasilatı azaltmaq barədə razılığa gəlməsi ehtimalı böyükdür. Bunu Rusiya prezidenti Vladimir Putin deyib.
İri neft ölkələrinin birləşdiyi OPEC və bu təşkilata üzv olmayan digər istehsalçılar noyabrın 30-da Vyanada görüşüb, konkret razılaşma imzalamalıdırlar. Hasilatı azaltmaqda məqsəd neftin qiymətini mümkün qədər artırmaqdır.
Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı (APEC) sammiti çərçivəsində çıxış edərkən V.Putin deyib ki, Moskva hasilatı dondurmağa etiraz etmir və OPEC-dəki partnyorlarının bütün gözləntilərini doğrultmağa hazırdır.
Sentyabrda OPEC ölkələri hasilatı minimum endirmək barədə razılıq əldə ediblər.
Neftin dəyəri 2014-cü ildən bəri 60% azalıb.