Ermənistan ABŞ-la müqaviləni uzadıb

Ermənistan parlamenti

Ermənistan parlamenti ABŞ-la kütləvi qırğın silahlarının yayılmaması haqda razılaşmanın uzadılmasına səs verib. 131 deputatdan 104-ü sənədin vaxtının 7 il artırılmasına razı olub.

Razılığa əsasən, Birləşmiş Ştatlar Ermənistanı kimyəvi, bioloji və nüvə silahların yayılmasının qarşısını alan avadanlıqla təmin edir, bunun üçün lazımi məsləhətlər verir.

Noyabrın 16-da ABŞ-ın dövlət katibinin Avropa və Asiya məsələləri üzrə yardımçısının müavini Bridget Brink Ermənistan prezidenti Serzh Sarkisian-la görüşüb, ölkəsinin yeni seçilmiş prezident Donald Trump dövründə də Cənubi Qafqazda maraqlı olacağını bildirib.