Xarici işlər naziri Elmar Məmmədyarov Fransaya işgüzar səfər edəcək.
Bu haqda nazirliyin mətbuat xidməti xəbər verir.
Xəbərdə bildirilir ki, E.Məmmədyarov səfər çərçivəsində noyabrın 17-də Fransanın xarici işlər və beynəlxalq inkişaf naziri Jean-Marc Ayrault ilə görüşəcək.
Görüşdə Azərbaycan və Fransa arasında əməkdaşlıq məsələləri müzakirə olunmalıdır.
Bundan başqa, Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesinin cari vəziyyətinin də müzakirəsi gözlənilir.