Avtomobil idxalı azalıb

Arxiv fotosu

Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin 10 ayında Azərbaycana 4 min 349 avtomobil gətirilib. Bu keçən ilin analoji dövrü ilə müqayisədə 19 min 870 ədəd (5.5 dəfə) azdır.

Onların 75-i mikroavtobus, 3775-i minik, 419-u yük avtomobili, 80-ni isə xüsusi təyinatlı nəqliyyat vasitəsidir.