'Qarabağ məsələsi AB ilə danışıqlarda prioritetdir'

Xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev

“Azərbaycan Avropa Birliyi (AB) ilə yeni strateji tərəfdaşlıq sazişinin imzalanmasından qurumun Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə dəqiq mövqeyinin müəyyən edilməsini gözləyir”.

Azərbaycan AB arasında yeni sazişin hazırlanmasına başlanmasını şərh edən xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev belə deyib.

Nazir müavini Trend-ə bildirib ki, Dağlıq Qarabağ məsələsi Azərbaycan və AB arasında gələcək danışıqlar çərçivəsində müzakirə olunacaq ən vacib məsələdir.

Buna da bax:​ 'AP-Azərbaycan münasibətlərindən narahat olanlar var'

M.Məmməd-Quliyev danışıqların başlama müddətinin AB ilə ayrıca müzakirə olunacağını vurğulayıb.

Hazırda Azərbaycanla AB arasında əməkdaşlıq 1999-cu ildə qüvvəyə minmiş saziş əsasında nizamlanır.

Avropa Birliyi ölkələrinin xarici işlər nazirləri bir gün əvvəl (noyabrın 14-də) Azərbaycanla daha yaxın əlaqələr barədə yeni “hərtərəfli saziş” hazırlanmasına qərar veriblər.

Buna da bax:​ AB ilə yeni saziş hazırlanır

Noyabrın 14-də Brüsseldə keçirilən toplantıda məsələ ilə bağlı danışıqlar aparmaqdan ötrü Avropa Komissiyası və birliyin xarici siyasət məsələləri üzrə rəsmisi Federica Mogherini-yə mandat verilib.

Yeni sənəd 1996-cı ildəki tərəfdaşlıq və əməkdaşlıq razılaşmasını əvəz edəcək.

Bu razılaşma Avropa Birliyinin Gürcüstan, Ukrayna və Moldova ilə imzaladığı assosiasiya sazişindən az detallı olacaq.