Zakir Həsənov hava qoşunlarına tapşırıqlar verdi

İlham Əliyev cəbhə bölgəsində- [fotolar]

Müdafiə naziri Zakir Həsənov irimiqyaslı hərbi təlimlərin keçirildiyi bölgədə yaradılan Hərbi Hava Qüvvələrinin səyyar komanda məntəqəsində olub.

Xəbəri Müdafiə Nazirliyi yayıb.

Z.Həsənov müasir avtomatlaşdırılmış idarəetmə sistemləri ilə təmin edilən mobil qərargahda fəaliyyətləri izləyib.

Silahlı Qüvvələr noyabrın 12-dən irimiqyaslı təlimlərə başlayıb. Təlimlərin noyabrın 18-nə kimi davam edəcəyi bildirilir.