Evdə mişar təmir edərkən partlayış baş verib

Foto illüstrasiya

Ucarda yaşayış evində partlayış olub.

APA bildirir ki, partlayışdan baş verən yanğından Məlikov ailəsi zərər çəkib, ailə başçısı, xanımı və ovladı müxtəlif yanıq xəsarətləri ilə Respublika Yanıq Mərkəzinə yerləşdiriliblər.

Bildirilir ki, ev yiyəsi Z.Məlikov evdə motorlu mişarı (drujba) təmir edərkən yanğınla nəticələnən partlayış baş verib.