Xarici işlər naziri Portuqaliyaya gedib

Elmar Məmmədyarov

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov noyabrın 15-də Portuqaliyaya rəsmi səfər edib. Xəbəri Azərbaycan Xarici İşlər Nazirliyi yayıb.

Xəbərə görə, səfər çərçivəsində Elmar Məmmədyarovun Portuqaliyanın rəsmi şəxsləri ilə görüşləri nəzərdə tutulur.

Görüşlərdə iki və çoxtərəfli əsasda əməkdaşlığın genişləndirilməsi, iqtisadi-ticarət və parlamentlərarası əlaqələrin inkişafı kimi məsələlər müzakirə olunmalıdır.