Bakıda 5-ci Beynəlxalq Azərbaycan xalçası simpoziumu keçiriləcək.
Prezident İlham Əliyev noyabrın 14-də bununla bağlı sərəncam imzalayıb.
Sərəncamda xalçaçılığın Azərbaycanın mədəni sərvətləri sırasında özünəməxsus yer tutduğu bildirilir. Bundan başqa qeyd edilir ki, xalçaçılıq YUNESKO-nun Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilib.
Buna da bax: Azərbaycanda maraqlı müsabiqə başladı
Sənəddə simpoziumun 2017-ci ilin oktyabr ayında Bakı şəhərində keçirilməsi nəzərdə tutulur.
Təşkilatçılıq işlərini Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası və “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti ilə birlikdə görməlidir.
Buna da bax: «Azərbaycan xalçası ensiklopediyası» çapdan çıxıb