İstanbulun Maltəpə rayonunda şirkətlərdən birinə göndərilən bağlamanın partlaması nəticəsində 4 nəfər xəsarət alıb.
Onlardan ikisinin ağır vəziyyətdə olduğu bildirilir.
Ağır xəsarət alanlardan biri şirkətin idarə heyəti rəhbərinin köməkçisi Özdemir Osman Kurdaşdır.
Onun keçmiş maliyyə naziri və ODTÜ-nun keçmiş rektoru Kamal Kurdaşın oğlu olduğu müəyyən edilib.
Yaralılar xəstəxanaya götürülüb, istintaq gedir.