Pulun yarısı mədəyə gedir

Foto illüstrasiya

2016-cı ilin yanvar-oktyabr aylarında istehlakçılara 23.9 milyard manatlıq məhsul satılıb. Bu, 2015-ci ilin eyni dövrü ilə müqayisədə 2.1 faiz çoxdur.

Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə satışın dəyəri real ifadədə 3, qeyri-ərzaq məhsulları üzrə isə 0.8 faiz artıb.

10 ayda istehlakçıların pərakəndə ticarət şəbəkələrində xərclədiyi vəsaitin 49.8 faizi ərzaq məhsulları, içkilər və tütün məmulatlarına gedib. Qalan vəsaitin 17.8 faizi geyimə, 6.6 faizi elektrik mallarına, mebelə, 5.7 faizi avtomobil yanacağına xərclənib.

Yalnız 1.4 faizi iynə-dərmana, 0.8 faizi isə kompüterlər və telekommunikasiya avadanlıqlarına xərclənib. 17.9 faiz də digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.

Ötən il Azərbaycanda iki dəfə devalvasiya baş verib. Nəticədə manat dollar qarşısında iki dəfə dəyər itirib.