«Human Rights Watch» (HRW) beynəlxalq insan haqlarıtəşkilatı kürd əsgərlərinin ərəb evlərini dağıtdıqlarını deyir. Təşkilatın əldə etdiyi məlumata görə, İŞİD-ə qarşı əməliyyat aparan kürdlər Kərkük və Ninevada bəzən bütöv kəndləri darmadağın ediblər.
HRW kürd əsgərlərinin, əsasən, öz muxtariyyətlərinə birləşdirmək istədikləri mübahisəli ərazilərdə dağıdıcı fəaliyyət göstərdiklərini bildirir.
«ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri Mosul ətrafındakı kəndləri İŞİD-dən təmizləyən kürd əsgərləri və zabitlərinə qarşı israrlı olmalı, onların evlərə hücumlarını dayandırmalıdır». Təşkilatın noyabrın 13-də yaydığı bəyanatda belə deyilir.
İraqdakı kürd regional hökuməti bu ittihamları rədd edir, bəzi evlərdə təhlükəsizlik baxımından əməliyyat aparıldığını bildirir.