Donald Trump 1 dollar maaş alacaq

Donald Trump

ABŞ prezidenti seçilmiş Donald Trump CBS kanalına 1 saatlıq müsahibə verib. 

Trump ölkəsində irqçi hücumlardan narahat olduğunu deyib, müsəlmanlara və ispandilli amerikalıları təqib edənləri dayanmağa çağırıb, eyni zamanda 3 milyona qədər sənədsiz miqrantı ölkədən bacardıqca tez çıxaracağına söz verib. Əslində, ABŞ-da sənədsiz miqrantların dəfələrlə çox olduğunu bildirən Trumpcinayət işləmiş, ya da cinayətlə bağlı keçmişi olan miqrantları qovacağını deyib.

Seçki kampaniyası zamanı Meksikayla ABŞ arasına divar çəkdirəcəyini vəd edən Trump CBS-ə müsahibəsində divarın bütün sərhəd boyu uzanmayacağını, bəzi yerlərdə çəpərlə kifayətlənəcəklərini söyləyib. 

Yeni prezident eynicinslilərin nikahına etiraz etmədiyini vurğulayıb. 

Trump-ın seçilməsinə qarşı aksiyalara gəlincə, Trump bu vətəndaşların onu tanımadığını deyib və etirazçıları ondan qorxmamağa çağırıb. 

Nyu-Yorklu milyarder prezidentin illik əməkhaqqından imtina etdiyini də deyib. ABŞ prezidentinin illik gəliri 400 min dollardır. Donald Trump qanunla əməkhaqqı almalı olduğundan, bu pulun cəmi 1 dollarını götürəcəyinə söz verib.