DÇ 2018: Ş.İrlandiya-Azərbaycan 4:0 (Fotoqalereya)

Fotoqalereyanı izləmək üçün yuxarıdakı fotonu vurun.

Noyabrın 11-də Belfastda futbol üzrə 2018-ci il Dünya Kubokunun seçmə oyununda Şimali İrlandiya və Azərbaycan yığmaları qarşılaşıb. Oyun 4:0 hesabı ilə Şimali irlandiyanın xeyrinə qurtarıb.

Şimali İrlandiya yığması hesabı 27-ci dəqiqədə açıb. Qolu Lafferty vurub.

39-cu dəqiqədə Şimali İrlandiya ikinci qolu vurub. McAuley fərqlənib.

65-ci dəqiqədə 3-cü qol vurulub (McLaughlin).

83-cü dəqiqədə Davis sonuncu - 4-cü qolu vurub

Oyuna Azərbaycan yığması bu heyətdə çıxmışdı: 1. Kamran Ağayev (q), 6. Bədavi Hüseynov, 5. Maksim Medvedev, 21. Arif Daşdəmirov, 3. Məhəmməd Mirzəbəyov, 2. Qara Qarayev, 19. Rahid Əmirquliyev (k), 16. Emin Mahmudov, 22. Əfran İsmayılov, 20. Ramil Şeydayev, 10. Ruslan Qurbanov

Ehtiyat oyunçular: 12. Anar Nəzirov (q), 23. Səlahət Ağayev (q), 4. Pavlo Paşayev, 7. Araz Abdullayev, 8. Eddi İsrafilov, 9. Namik Ələskərov, 11. Dəniz Yılmaz, 13. Dmitri Nazarov, 14. Elvin Məmmədov, 15. Ruslan Abışov, 17. Tərlan Quliyev, 18. Ağabala Ramazanov
Baş məşqçi: Robert Prosineçki

Eyni qrupda oynayan Almaniya yığması San Marino. da 8:0 hesabı ilə qalib gəlib.

Çexiya : Norveç oyununda hesab 2:1 olub.

Bu günki oyunlardan sonra C qrupunda Almaniya yığması 12 xalla birinci, Azərbaycan yığması 7 xalla 3-cü, Şimali İrlandiya 7 xalla 2-ci yerdədir. Norveçin 3, Çexiyanın 5 xalı var.

Azərbaycan yığması bu seçmə oyunlarda bu günə kimi hələ qol buraxmamışdı.

4 il əvvəl eyni stadionda, eyni komandalar arasındakı görüş heç-heçə nəticələnmişdi.

Azərbaycanla oyuna qədər Şimali İrlandiya öz meydanında son 9 oyunda 7 qələbə qazanıb, 2 oyun heç-heçə qurtarıb.