Banklar dolları 1.75-dən yuxarı satır

Dollar

Rəsmi məzənnə qalxdıqca, kommersiya bankları da ABŞ dollarının alış və satış qiymətlərini yüksəldir.

«Marja» xəbər verir ki, artıq banklarda dolların satış qiyməti 1.76 manata yaxınlaşır.

Bu gün, noyabrın 11-də səhər 1 dolları «Günaybank» 1.7543 manata, «KapitalBank» 1.7543 manata, «Unibank» 1.7543 manata, «YapıKrediBank» isə 1.7542 manata satdığı bildirilir.

Dolların alış qiymətinin isə kommersiya banklarında 1.68-1.73 arasında dəyişdiyi deyilir.

Mərkəzi Bankın məzənnəsinə görə, noyabrın 11-də 1 dollar 1.6869 manata bərabərdir.