«British Airways Plc.» şirkəti noyabrın 9-da Azərbaycan nümayəndəliyini bağladığını elan edib.
Bu barədə Vergilər Nazirliyi xəbər yayıb.
«British Airways Plc.» Azərbaycanda 2012-ci ildən fəaliyyət başlayıb.
Ondan başqa Azərbaycanda 2000-ci ildən «British Mediterranean Airways Limited» şirkətinin filialı da fəaliyyət göstərir.
London-Bakı marşrutu ilə uçuşları isə «British Midland International» aviaşirkəti həyata keçirirdi.
«Azərbaycan Hava Yolları» ASC-dən (AZAL) isə bildiriblər ki, hazırda Bakı-London-Bakı istiqaməti üzrə uçuşları yalnız onlar həyata keçirir.
Reyslər həftədə 4 dəfə (bazar ertəsi, çərşənbə, cümə, şənbə) həyata keçirilir. İki tərəfə biletin minimal qiyməti 925 manatdır.
Bakıdan Londona çarter reyslərini «Turkish Airlines», «Lufthansa» və «Aeroflot» şirkətləri həyata keçirir.