Vergilər Nazirliyində yeni şöbə

Vergilər Nazirliyi

Vergi Nazirliyində yeni şöbənin yaradıldığı bildirilir.

APA-nın xəbərinə görə, bununla bağlı nazirliyin bu günlərdə keçirilən kollegiyası qərar qəbul edib.

Məlumata əsasən, Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində yeni struktur yaradılıb. Bu şöbə qanunsuz sahibkarlıq fəaliyyəti ilə daha effektiv mübarizə aparmalıdır.

Bununla daha çox vergi yığılacağına ümid edilir.