Amnesty International: 'Vəkilə basqılar araşdırılmalıdır'

Amnesty International

“Vəkil Elçin Sadıqova və ailəsinə qarşı basqılar dərhal araşdırılmalı. Effektiv və tərəfsiz araşdırma aparılması təmin olunmalıdır”.

Beynəlxalq hüquq müdafiə təşkilatı “Amnesty International”ın vəkil Elçin Sadıqovun və ailə üzvlərinin peşə fəaliyyətinə görə basqılara məruz qalmasından bəhs edən bəyanatında belə deyilir.

“Amnesty International” qeyd edir ki, araşdırmalar vəkilə və ailəsinə qarşı internet üzərindən edilən basqılar da daxil olmaqla, onun peşə fəaliyyətinə görə üzləşdiyi bütün təhdidləri əhatə etməlidir.

Buna da bax:​ Vəkillərə təzyiq pislənir

“Hökumət günahkarların ədalət mühakiməsi qarşısına çıxarılmasını təmin etməlidir”, sənəddə deyilir.

“Amnesty International” həmçinin E.Sadıqovun güvənliyinin təmin edilməsi istiqamətində addımların atılmasının vacibliyini vurğulayır.

Bəyanatda qeyd edilir ki, Azərbaycanda bütün vəkillərə öz vəzifələrini BMT-nin Vəkillərin rolu barədə təməl qaydalarına uyğun olaraq hədə-qorxu, maneə olmadan həyata keçirməsindən ötrü gərəkli şərait yaradılmalıdır.

Buna da bax:​ Vəkilin qardaşı polisdə sorğu-sual edilib

Noyabrın 2-də Azərbaycanda yerli saytlardan biri vəkil E.Sadıqovun müdafiə etdiyi şəxslərdən birinin xanımı ilə romantik münasibətləri olduğunu iddia edən məqalə yayıb. Həmin media orqanının rəhbəri bu yazının saytlarında onlardan xəbərsiz təxribat məqsədi ilə yerləşdirildiyini bildirib.

E.Sadıqov Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində isə hədələndiyini bildirib.

Vəkilin xanımı Zibeydə Sadıqova da həyat yoldaşının işi ilə bağlı hədələndiyini deyir.

Buna da bax:​ 'Freedom House' vəkillərin müdafiəsinə qalxdı

Üstəlik, vəkilini qardaşı noyabrın 3-də polisdə dindirilib.

Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən isə, hələlik, vəkilin təhdid edilməsi ilə bağlı şikayətinə münasibət almaq mümkün olmayıb.

Buna da bax:

Sizin brauzer HTML5-i dəstəkləmir

Elçin Sadıqov: 'Təqiblər vəkillik fəaliyyətimə görədir'