'Qadın geyim bəzəkləri' adlı sərgi açılacaq

Sərgi

Noyabrın 10-da AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində «Qadın geyim bəzəkləri» adlı sərgiaçılacaq.

Muzeydən AzadlıqRadiosuna verilən xəbərə görə, sərgi fevralın 14-dək davam edəcək.

Sərgidə muzeyin «Etnoqrafiya», «Arxeologiya» və «Xüsusi» fondlarının materialları göstəriləcək.

Arxeologiya fondundan 41 ədəd, Etnoqrafiya fondundan 142 ədəd, Xüsusi fonddan 60-dan çox material təqdim olunacaq.

Bunlar- baş bəzəkləri, düymə və piləklər, ətəklik, yaxalıq və əlcəklər, sancaqlar, eləcə də, kəmərlər, ayaq və geyim bəzəkləri, tikmələr, toxuma bəzəkləri, uşaq geyimləridir.

ŞairəXurşudbanu Natəvanın şəxsi əşyaları sərgiyə xüsusi rəng qatacaq.

Tamaşaçılar 200-dən çox eksponatla tanış olmaq imkanı əldə edəcəklər.

Muzeydə belə sərgi ilk dəfə təşkil edilir.

Açılışda bədii hissə və etnoqrafik materiallar əsasında slayd da təqdim ediləcək.

Giriş pulsuzdur.