ABŞ-ın şərq sahillərində prezident seçkisinə start verildi
Seçki məntəqələri mərkəzi Avropa vaxtı ilə saat 12:00-dan açılıb.
Son rəy sorğularına görə Demokrat partiyasının namizədi Hillary Clinton respublikaçı rəqibi Donald Trumpu bir qədər fərqlə üstələyir.
Seçkinin ilkin nəticələri Mərkəzi Avropa Vaxtı ilə sabah səhər saat 06-da bəlli olacaq.
Qalib ABŞ-ın 45-ci prezidenti olacaq,andiçmə mərasimi yanvarın 20-də keçiriləcək.