Bakıya səfər edən Ermənistandan olan publisist, yazıçı və ictimai xadim Vahe Avetian Xocalı abidəsini ziyarət edib.
Bu barədə APA xəbər yayıb.
V.Avetian noyabrın 7-də Azərbaycana gəlib. O, bu il oktyabrın 10-da da Kiyevdən Bakıya səfər etmişdi. Ancaq Bakı aeroportundan geri qaytarmışdı.
Uzun illərdir ki, Ermənistandan kənarda yaşayan publisist, hüquq müdafiəçisi V.Avetian rəsmi Yerevanın ən sərt tənqidçilərindən biridir.
Bu şəxs 1992-ci il fevralın 26-da törədilən Xocalı faciəsinə görə erməni xalqı adından Azərbaycandan üzr istəyib.