FBI-ın qərarı dolların qiymətini qaldırıb

Dollar

ABŞ-ın Federal Tədqiqat Bürosu (FBI) H.Clinton-un işini bağladığını elan edən kimi dünya birjalarında dolların qiyməti qalxıb.

Noyabrın 7-də FBI-ın direktoru H.Clinton-la bağlı yeni araşdırmanın bitdiyini, H.Clinton-a qarşı cinayət işi açılmayacağını elan edib.

H.Clinton-un dövlət əhəmiyyətli məlumatları şəxsi e-mail-indən göndərməsi barədə sənədlər aşkar olunandan sonra sorğular ilk dəfə olaraq onun rəqibi D.Trump-dan geri qaldığını göstərmiş, bu da demokratların qələbəsinə inanan investorları təşvişə saldığından dollar ucuzlaşmışdı.

FBI-ın dünənki qərarı ABŞ-ın səhm indekslərini, az qala, 2% bahalaşdıraraq son 8 ayda ən yuxarı həddə çatdırıb. Keçən həftə 1.3% ucuzlaşan dollar noyabrın 7-də 0.7% bahalaşıb.

Analitiklərin fikrincə, birjaların seçki kampaniyasına reaksiyası onların D.Trump-ın seçiləcəyi təqdirdə yaranacaq qeyri-müəyyənlikdənsə müəyyənliyə--H.Clinton-un qələbəsinə üstünlük verdiyini göstərir. Yəni, investorlar demokratların Ağ evdə qalmağını, eyni siyasətin davam etdirilməsini istəyirlər.